“Arsenal” - “Tottenhem” oyunu təxirə salındı - SƏBƏB

 23:22 15.01.2022     104

Futbol üzrə İngiltərə çempionatının 22-ci turunun “Arsenal” - “Tottenhem” oyunu təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma sabah “Tottenhem”in “Tottenham Hotspur Stadium” arenasında keçirilməli idi.

Belə ki, “Arsenal” rəhbərliyi oyunçuların koronavirus, zədə və Afrika Millətlər Kubokundakı iştirakı ilə əlaqədar klubda oyunçu çatışmazlığı yarandığını bəyan edərək, oyunun başqa tarixə keçirilməsi üçün Premyer Liqanın rəhbərliyinə müraciət ünvanlayıb. 

Hələlik qarşılaşmanın hansı tarixdə keçiriləcəyi bildirilmir.