"Barselona" daha bu futbolçuya ehtiyac duymur
“Barselona” futbolçusu Serjinyo Destlə yollarını ayrılmağa hazırlaşır.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi 22 yaşlı müdafiəçiyə ehtiyac duymur. Desti "Bavariya" heyətinə qatmaq istəyir. Lakin ABŞ-lı oyunçu özü “Barselona”da qalmaqda maraqlıdır.
Qeyd edək ki, Dest 2020-ci ildə “Ayaks”dan “Barselona”ya keçib.












