Məşhur tennisçi Avstraliyadan qovuldu

 19:08 16.01.2022     425

Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.

Redaktor.az xəbər verir ki, məhkəmə Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.

Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.

Bununla da Novak Cokoviç “Australian Open” turnirində iştirak edə bilməyəcək.

Qeyd edək ki, serbiyalı məşhur tennisçi bir neçə gün öncə Avstraliya sərhəd orqanları tərəfindən saxlanılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən