Eden Hazard “Real”dan gedir?
İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Eden Hazard karyerasını paytaxt klubunda davam etdirmək istəmir.
Redaktor.az xəbər verir ki, Belçikalı hücumçunun qış transfer pəncərəsində başqa kluba gedəcəyini gözləyir. “Real” Hazardı saxlamaq fikrində deyil. Daha əvvəl Madrid klubunun Hazardı “Çelsi”nin müdafiəçisi Ris Ceymsə dəyişə biləcəyi barədə məlumat verilib.
Xatırladaq ki, Hazard 2019-cu ildə Madridin “Real” klubuna keçib. Belçikalı hücumçu bu mövsüm La Liqada 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Azarın “Kral klubu” ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
“Real Madrid” 21 matçda 49 xal toplayıb və 2021/2022-ci il mövsümündə turnir cədvəlində 1-ci yerdədir.












