Dünyanın ən yaxşı futbolçusu o seçildi

 23:26 17.01.2022     481

FIFA 2020-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.

Qeyd edək ki, 2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştianu Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib.

Vumart və Güvən reklamı Vumart Güvən