İngiltərdə klub sahibi olan AZƏRBAYCANLI
Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalı 24 milyon avro ödəyib, İngiltərədə "Hall Siti" klubunu satın alıb.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ilıcalının klubu alması ilə bağlı danışıqlar 6 aydır davam edirdi.
Məlumata görə, danışıqlar artıq yekunlaşıb, iş adamı rəsmi olaraq klubun yeni sahibidir.
Qeyd edək ki, bir müddət əvvəl Acun Ilıcalı öz telekanalında verilişlərdən birində əslən Azərbaycandan olduğunu deyib.












