Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı
Futzal üzrə milli komandamız Niderlandda keçirilən Avropa çempionatının ilk oyununda məğlub olub.
Redaktor.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komandamız D qrupunda mübarizə aparır. Millimiz ilk görüşünü Avropa çempionatının debütantı Gürcüstan millisinə qarşı keçirib. "Martini Plaza" arenasında keçirilən oyunda qonşularımız 3:2 hesabı ilə qalib gəliblər.
Qollar: Elisandro, 9:31. Arçil Sebiskveradze, 26:54. Tales Feyto, 31:30-pen – Rafael Vilela, 5:14; 6:2
Qrupun digər oyununda isə 23:30-da İspaniya və Bosniya və Herseqovina milliləri üz-üzə gələcək.












