"Mançester Siti" səfərdə xal itirdi

 23:58 22.01.2022     330

İngiltərə Premyer Liqasının 23-cü turunda lider “Mançester Siti” səfərdə “Sauthempton”un qonağı olub.

90 dəqiqənin nəticəsində Premyer Liqanın lideri 12-ci pillənin sahibi ilə xalları yarı bölüb.

Oyunun 7-ci dəqiqəsində K.Volker-Petersin vurduğu qola, “şəhərlilər” 65-ci dəqiqədə A.Laportenin qolu ilə cavab veriblər - 1:1.

Xal itkisinə baxmayaraq, “Mançester Siti” hələ də, ən yaxın rəqibinin 12 xal önündə (57 xal) turnir cədvəlinə başçılıq edir.

Vumart və Güvən reklamı Vumart Güvən