"Qəbələ"nin oyununda İNSİDENT

 18:23 24.01.2022     360

Türkiyənin Antalya bölgəsində "Qəbələ" və Çexiya “Bohemians"ı arasında keçirilən yoxlama oyununda insident baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisəyə rəqib komandanın müdafiəçisi Yevgeni Nazarovun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Fernan Lopesə qarşı kobudluğu səbəb olub. Oyunçular arasında mübahisənin böyüməsinə komanda yoldaşları imkan verməyib.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və "Qəbələ" hesabda geridədir - 1:3.

Vumart və Güvən reklamı Vumart Güvən