Millimizdə kütləvi yoluxma - ADLAR

 17:01 27.01.2022     426

Portuqaliyanın Almada şəhərindəki Qran-Pridən əvvəl koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub.

Redaktor.az xəbər verir ki,  Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifovun (+100 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.

Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, 28 - 30 yanvarda keçiriləcək Qran-pridə Azərbaycanı 13 cudoçu təmsil etməli idi.

***

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib.

Redaktor.az xəbər verir ki, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.

Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 idmançımız təmsil etməli idi.

Vumart və Güvən reklamı Vumart Güvən