UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Bazel"i cəzalandırdı
UEFA İsveçrənin "Bazel" klubunu cəzalandırıb.
Redaktor.az xəbər verir ki, buna Bazel şəhərinin eyniadlı təmsilçisinin evdə "Qarabağ"a qarşı keçirdiyi qrup mərhələsinin VI tur oyununda yerli azarkeşlərin davranışı səbəb olub.
Klub fanatların ümumi istifadə üçün nəzərdə tutulmuş keçidləri bağlaması üzündən 6 000 avro, priotexniki vasitələrə görə isə 11 500 avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Bazel" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.












