Qılıncoynadanlarımız dünya kubokunda finala yüksəldi - YENİLƏNİB

 15:46 30.01.2022     500

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Redaktor.az xəbər verir ki, komanda yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edib.

Qılıncoynadanlar finalda Fransa seçməsi ilə qarşılaşacaq.

15:00

Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.

Redaktor.az xəbər verir ki, sablyaçılar ilk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gəlib.

Yığma 1/4 finalda Macarıstanı eyni hesabla üstələyib. Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət komanda yarımfinalda Bolqarıstanla üz-üzə gələcək.

Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda çempion olub.

Vumart və Güvən reklamı Vumart Güvən