"Messi və Mbappe böyük oyunçulardır" - PSJ-nin baş məşqçisi
PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçuları Kilian Mbappe və Lionel Messi haqqında danışıb.
Redaktor.az xəbər verir ki, o, "RMC Sport"a açıqlamasında sözügedən hücumçulardan razı qaldığını deyib:
"Biz Lionelin məşqdəki davranışlarından çox razıyıq. O, yaxşı iş görür. Vəzifələrinin öhdəsindən gəlməyi bacarır. Eyni şeyi Kiliana da aid edirəm. Onların əlaqəsi yaranmağa başlayır. Messi və Mbape çox böyük oyunçulardır".












