"Barselona"nın qapıçısı "Qalatasaray"da

 22:13 31.01.2022     328

Türkiyə "Qalatasaray"ı heyətini yeni qapçı ilə gücləndirib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İspaniya "Barselona"sının qolkiperi İnyaki Penyanı icarəyə götürüb.

23 yaşlı oyunçu "Cim-Bom"da cari mövsümün sonunadək çıxış edəcək.

Qeyd edək ki, bunadək "Barselona"nın B komandasında oynayan İnyaki Penya İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən