Ronaldo: "Oğluma hələ telefon almamışam"
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo maraqlı açıqlaması ilə gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, portuqaliyalı ulduz valideynlərin azyaşlı uşaqlarının internet asılılığına qarşı diqqətli olmalarını bildirib.
O, açıqlamasında deyib: " Virtual dünyanın əsiri olmamalıyıq, amma onun üstünlüklərindən istifadə etməliyik. Oğlum məndən soruşur ki, nə vaxt telefonum olacaq ? Ona deyirəm ki, hələ vaxtı deyil. Oğluma telefon alanda belə məhdud vaxt ərzində işlədəcək. Nəzarət edəcəyəm".












