"Sabah" klubu tanınmış hücumçuya təklif göndərdi

 22:59 01.02.2022     294

"Sabah" braziliyalı futbolçu Vaqner Lava təklif göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Murad Musayev mətbuat konfransında açıqlama verib.

Rusiyalı mütəxəssis 38 yaşlı forvardın dəvəti qəbul etmədiyini bildirib: "Onun bura gəlməsini istəyirdik. Təklif də göndərmişdik. Sadəcə, Danimarkada oynamağı seçdi".

Qeyd edək ki, Vaqner Lavın son klubu Qazaxıstan "Kayrat"ı olub.

Vumart və Güvən reklamı Vumart Güvən