Afrika Millətlər Kubokunun ilk finalçısı məlum oldu

 08:58 03.02.2022     313

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinə start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Kamerunda baş tutan ilk yarımfinal görüşündə Seneqal və Burkina Faso yığmaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə sevinən seneqallılar finala yüksəliblər.

Afrika Millətlər Kuboku
Yarımfinal
2 fevral

Burkina Faso – Seneqal 1:3
Qol: Ture, 82 – Diallo, 70. Geye, 76. Mane, 87.

3 fevral

23:00. Kamerun – Misir

Vumart və Güvən reklamı Vumart Güvən