"Çelsi"nin baş məşqçisi koronavirusa yoluxdu
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel koronavirusa (COVİD-19) yoluxub.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.
Almaniyalı baş məşqçi karantinə alınıb. Tuxelin növbəti həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, Tomas Tuxel 2021-ci ilin yanvarın "Çelsi"nin baş məşqçisi təyin edilib.












