İki cüdoçumuz “Böyük dəbilqə” turnirinin finalında!
Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.
Redaktor.az xəbər verir ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) yarımfinalda Cənubi Koreya təmsilçisi Minjonq Kimi məğlub edərək turnirin finalına vəsiqə qazanıb.
“Böyük dəbilqə” turnirində komandamızın daha bir üzvü - Məmmədəli Mehdiyev də (90 kq) finala vəsiqə qazanıb.
Təmsilçimiz yarımfinalda gürcüstanlı Beka Gvinaşvilini məğlub edib.
Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.












