Altıqat Olimpiya çempionu oldu

 20:58 07.02.2022     339

Hollandiya təmsilçisi İren Byust olimpiya rekordu ilə Olimpiya çempionu olub.

Redaktor.az xəbər verir ki, 35 yaşlı idmançı özündən kiçik rəqiblərini də keçə bilib və 6 qat Olimpiya çempionu titulunu qazanıb.

Bu göstəriciyə görə, Byust sovet konkisürəni Lidiya Skoblikovaya çatıb.

Byust ilk də 2006-cı ildə Turində Olimpiya çempionu adını qazanıb. Sonra keçirilən hər Olimpiadada qalib olub. Onun kolleksiyasında qızıl medaldan başqa 5 gümüş və 1 bürünc medal da var. 

Vumart və Güvən reklamı Vumart Güvən