Ronaldo şəxsi antirekordunu təkrarladı

 09:12 09.02.2022     477

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo şəxsi antirekordunu təkrarlayıb.

Redaktor.az xəbər verir ki, 37 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə ardıcıl 5 oyunda qol vura bilməyib.

Təcrübəli forvard son olaraq "Börnli" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyununda iştirak edib. Ronaldo qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsüm Premyer Liqada 19 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Yunayted" 23 oyuna 39 xalla 5-ci, "Börnli" isə 20 oyuna 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən