Sahil Babayev bu vəzifədə Kəmaləddin Heydərovu ƏVƏZLƏDİ - YENİLƏNİB
Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.
Redaktor.az xəbər verir ki, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.
Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.
***
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
Redaktor.az xəbər verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
S.Babayevin bu gün Gənclər və İdman Naziriliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.
Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.












