Azərbaycan futbolçusu "Beşiktaş"dan ayrıldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Yusuf Oral Türkiyədə komandasını dəyişib.
Redaktor.az xəbər verir ki, 19 yaşlı oyunçu "Beşiktaş"ı III liqa təmsilçisi "Kuşadasıspor"a dəyişib. O, aşağı dəstə klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yusuf Oral ötən ildən U-19 yığmasına dəvət alır.












