Qadın futbolçumuz Türkiyə klubu ilə müqavilə imzaladı
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Vüsalə Seyfəddinova Türkiyədə klubunu dəyişib.
Redaktor.az xəbər verir ki, 21 yaşlı futbolçu “ALG Spor”dan “Çaykur Rizespor”a keçib. Bu barədə “Çaykur Rizespo” klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.












