Seneqalda stadiona Sadio Manenin adı veriləcək

 09:41 13.02.2022     311

Seneqalda futbol stadionuna ölkənin milli komandasının və "Liverpul"un üzvü Sadio Manenin adı veriləcək.

Redaktor.az xəbər verir ki, bunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena futbolçunun adını daşıyacaq. Bu stadionun açılışı 2023-cü ildə olacaq.

Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.

Vumart və Güvən reklamı Vumart Güvən