İtaliyalı hücumçu Maradonanın rekordunu qırdı

 13:10 13.02.2022     341

İtaliya millisinin və "Napoli"nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

Redaktor.az xəbər verir ki, 31 yaşlı forvard buna doğma meydanda "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXV tur matçında fərqlənməklə nail olub.

Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu "Napoli"də ümumilikdə 116-cı qolunu vurub. Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.

Qeyd edək ki, 1984-1991-ci illərdə "Napol"nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən