"Traktor" yenə uduzdu
İran çempionatında 17-ci turun oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da səfərdə “Sanat Naft”la qarşılaşıb. Komanda bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. "Traktor" artıq yeddi oyundur qələbəyə həsrətdir.
Qeyd edək ki, “Traktor” 17 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.












