"Çelsi"nin oyununu izləyən azarkeş güllələnərək öldürüldü

 14:07 13.02.2022     333

Klublararası dünya çempionatının finalında “Çelsi” (İngiltərə) - “Palmeyras” (Braziliya) oyununu izləyən azarkeşlərdən biri güllələnib.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə San-Pauluda baş verib.

Braziliya klubunun fanatları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən qarşılaşmanı komandalarının ev matçlarını oynadığı “Alyans Park” stadionunun yaxınlığında quraşdırılmış böyük monitordan izləyiblər. Bu zaman tərəfdarlar arasında kütləvi iğtişaş olub və nəticədə bir nəfər güllələnərək öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Qeyd edək ki, “Çelsi” “Palmeyras”ı 2:1 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının qalibi olub.

Vumart və Güvən reklamı Vumart Güvən