Ronaldo komanda yoldaşına tüpürdü

 19:13 13.02.2022     313

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.

Redaktor.az "Daily Express"ə istinadən xəbər verir ki, hadisə final fitindən sonra baş verib. Portuqaliyalı hücumçunun bu hərəkəti bilərəkdən etmədiyi iddia olunub.

Qeyd edək ki, Ronaldo 7 oyundur qol vura bilmir. 37 yaşlı forvard bu mövsüm ölkə çempionatında 20 qarşılaşmada 8 dəfə fərqlənib.

Vumart və Güvən reklamı Vumart Güvən