Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum oldu

 20:14 16.02.2022     395

Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.

Federasiyanın Mətbuat xidmətindən Redaktor.az - a verilən məlumata görə, yarımfinalda Vasif Durarbəyli ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid görüşündə heç-heçə qeydə alınıb. İkinci rapid matçında qələbə qazanan Muradlı həlledici qarşılaşmada Misrətdin İsgəndərova rəqib olub.

Durarbəyli isə 3-cü yer uğrunda oyunda Aydın Süleymanlı ilə qarşılaşacaq. Görüşlər fevralın 17-də baş tutacaq və iki partiyadan ibarət olacaq.

Qeyd edək ki, Məhəmməd Muradlı 2019-cu ildə 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.

Vumart və Güvən reklamı Vumart Güvən