Şahmat üzrə Azərbaycan çempionu məlum oldu

 17:26 18.02.2022     345

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

Redaktor.az xəbər verir ki, federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, finalda Misrətdin İsgəndərova qalib gələn Məhəmməd Muradlı qızıl medal qazanıb.

İsgəndərov gümüş medalla kifayətlənib.

Üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Süleymanlı 4-cü yeri tutub.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat olub. Çempion 8 min manat qazanıb.

ata görə, Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Ramazanov Mehman Mahir oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə xammalların qəbulu və işçilərin istehsala girişi eyni qapıdan həyata keçirilir. Bütün istehsal prosesləri eyni sahədə aparılır. Eyni zamanda müəssisənin hazır məhsul anbarında bir sıra məhsulların üzərində markalanmanın aparılmadığı, digərlərində isə istehsal tarixinin bir gün əvvələ vurulduğu, istifadəsi ilə bağlı etiket məlumatlarında qeydiyyatı aparılmamış və istehsal prosesində resepturada göstərilməyən qida əlavələrindən istifadə olunduğu və istehsal tarixi göstərilməyən yumurtalar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən