AFFA çempiona kubok əvəzinə şar verdi  - FOTO

 11:14 23.02.2022     378

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinin mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub. 

Redaktor.az xəbər verir ki, AFFA birinci yerin sahibi olan komandaya kubok əvəzinə 1 rəqəmi olan helium şarı təqdim edib. 

Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib. 

Vumart və Güvən reklamı Vumart Güvən