Növbəti El-Klasikonun vaxtı açıqlandı

 20:48 23.02.2022     389

İspaniyanın "Real Madrid" və "Barselona" komandaları arasında növbəti El-Klasikonun vaxtı açıqlanıb.

Redaktor.az xəbər verir ki, əzəli rəqiblər martın 20-də üz-üzə gələcəklər.

Madriddəki "Santyaqo Bernabeu" stadionunda oynanılacaq qarşılaşma XXIX tura təsadüf edəcək.

Qeyd edək ki, iki komanda arasında cari mövsümün ilk hissəsində baş tutmuş görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 25 turdan sonra "Real Madrid" 57 xalla turnir cədvəlinə başçılıq edir. 24 oyun keçirmiş "Barselona" isə 42 xalla dördüncüdür.

Vumart və Güvən reklamı Vumart Güvən