Çempionlar Liqasının final oyunu Rusiyadan alındı

 16:44 24.02.2022     549

UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena" keçirilməyəcək.

Redaktor.az xəbər verir ki, Avropa futbol qurumu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın qarşılaşmaya ev sahibliyi hüququnu əlindən alıb.

Qərar fevralın 25-də UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı Rusiyanın Sankt-Peterburq şəhərindəki UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi hüququnu itirə biləcəyini yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən