"Qarabağ" Bakıda da məğlub oldu - YENİLƏNİB
"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu yenə də fransızların qələbəsi ilə başa çatıb.
Matçın 1-ci hissəsində 1-o irəli çıxan qonaqlar ikinci hissə də "Qarabağ"ın qapısından 2 cavabsız top keçiriblər. “Marsel”in ikinci qolunu 77-ci dəqiqədə Mateo Gounduzi vurub.
Qarşılaşmanın 90+2-ci dəqiqəsində Konrad de La Fuente fərqlənərək fərqi 3 topa çatdırıb. Matç elə bu hesabla baça çatıb.
Beləkilə, iki oyunda 6-1 hesabı ilə önə çıxan "Marsel" komandası növbəti mərhələyə vəsiqə qazanıb.
***
Matç başa çatdı - 0:3. Bununla da "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı.
"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda görüşün ilk hissəsi "Marsel"in minimal üstünlüyü ilə başa çatıb.
Komandalar fasiləyə yollanıblar.
***
"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda futbolçular arasında insident baş verib.
Redaktor.az xəbər verirki, münaqişə Azərbaycan təmsilçisi 34-cü dəqiqədə topu rəqib qapısından keçirdikdən sonra yaşanıb.
Qonaqların futbolçuları və məşqçilər heyəti İbrahima Vadjinin əllə fərqləndiyini iddia ediblər.
O, cinah ötürməsini qapayarkən topa başla deyil, Dieqo Maradona kimi əllə toxunub. Baş hakim qolu qeydə alsa da, qonaqların ciddi etirazları insidentlə nəticələnib.
Fransalıların yarımmüdafiəçisi Matteo Qenduzi buna narazılığını sərt şəkildə bildirib. Əvvəlcə referiyə əl işarəsi göstərən Qenduzi onun mərkəzi göstərməsini görüncə, qolun müəllifi Vadjinin üzərinə şığıyıb. Araya digər futbolçuların da girməsi gərginliyi daha da artırıb.
Baş hakim İbrahima Vadjini yanına çağıraraq ondan topa necə toxunmasını soruşmaq istəyib. Hücumçu baş məşqçisi Qurban Qurbanovun istəyi ilə onun yanına gedib. Kapitan Maksim Medvedev, hücumçu və mütəxəssisin məsləhətləşmələrindən sonra forvard topu əllə vurmasını etiraf edib. Bu üzdən hakim qolun ləğv olunmasına qərar verib.
Qeyd edək ki, “Qarabağ” hazırda 0:1 hesabı ilə geridədir.
***
"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, 12-ci dəqiqədə rəqibin heyətində Pap Quye hesabı açıb.
Qeyd edək ki, Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.















