Messi Barselonaya getdi
PSJ-nin futbolçusu Lionel Messi İspaniyanın Barselona şəhərinə yollanıb.
Redaktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu təxminən 06:35-də Kataloniyaya enib. Messinin İspaniyaya getməsinin səbəbi isə həyat yoldaşı Rokkuzzonun doğum gününü qeyd etməsidir.
Xatırladaq ki, Messi ötən gecə Liqa 1-in 26-cı turunda "Sent-Etyen"lə matçda (3:1) meydana start heyətdə daxil olub və sonadək mübarizə aparıb.












