Rusiya və Belarus atletlərinə qadağa gəldi

 00:16 02.03.2022     271

Ümumdünya Atletikası (World Athletics) Rusiya və Belarus idmançılarına öz bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verməyib.

Redaktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar qəbul olunub.

Atletlərlə yanaşı, yardımçı heyət və rəsmilər də beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Bildirilib ki, qərar neytral status daşıyan idmançılara da şamil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən