“Mançester Siti” Ronaldonun komandasını darmadağın etdi

 22:59 06.03.2022     381

İngiltərə Premyer Liqasında növbəti Mançester derbisi baş tutub.

Redaktor.az xəbər verir ki, yarışın lideri “Mançester Siti” öz meydanında “Mançester Yunayted”i qəbul edib.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Ralf Ranqnikin yetirmələri “şəhərlilər” qarşısında aciz qalıb. Kevin de Breynenin erkən qoluna Ceydon Sanço cavab verə bilsə də, Pep Qvardiolanın yetirmələri qələbə gətirən toplara imza atıblar. Öncə belçikalı dublunu rəsmiləşdirib, fasilədən sonra Riyad Mahrez 2 dəfə fərqlənib. O, öncə Kevinin, ardınca İlkay Gündoğanın assistini qola çevirib – 4:1.

Beləliklə, 28 oyunda 69 xal toplayan “Mançester Siti” 1-ci, 22 xal geri qalan “Mançester Yunayted” 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu matçda "Mençester Yunayted"in hücumçusu Kriştiano Ronaldo meydana çıxmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən