Şəhriyar Məmmədyarov mübarizəni dayandırıb - FİDE Qran-prisi

 01:30 08.03.2022     350

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

Redaktor.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı sonuncu - VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 35-ci gedişdə heç-heçə edib.

Bununla da bütün qarşılaşmalarını "sülh"lə bitirən azərbaycanlı qrossmeyster 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqrav isə hələlik liderdir və yarımfinala yüksəlməyə çox yaxındır.

Vumart və Güvən reklamı Vumart Güvən