Futbolçu oteldə yıxılaraq öldü

 18:25 09.03.2022     337

Nigeriya millisinin sabiq futbolçusu Castis Kristofer faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, veteran yarımmüdafiəçi otel otağında yıxılaraq ağır xəsarət alıb.

40 yaşlı keçmiş oyunçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2001 - 2002-ci illərdə yığmaya dəvət almış Castis Kristofer 11 oyunda meydana çıxıb. O, karyerası ərzində Belçikanın "Anverpen", Bolqarıstanın "Levski" (Sofiya) və Rusiyanın "Alaniya" klublarının da formasını geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən