"Mançester Yunayted" Ronaldonun het-triki ilə qalib gəldi

 00:59 13.03.2022     513

Martın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 29-cu turunun qarşılaşması keçirilib.

Redaktor.az xəbər verir ki, "Old Trafford" stadionunda "Mançester Yunayted" öz meydanında "Tottenhem" komandasını qəbul edib.

Görüş Mançester təmsilçisinin əzimkar qələbəsi ilə başa çatıb - 3:2.

"Mançester Yunayted"in heyətində hər üç qolu Kriştiano Ronaldo vurub. "Tottenhem"in heyətində isə Hari Keyn fərqlənib. "Mançester Yunayted"in oyunçusu Hari Maquayer isə avtoqol müəllifi olub.

Bu məğlubiyyətdən sonra "Tottenhem" 45 xalla yeddinci, "Mançester Yunayted" isə 50 xalla dördüncü yerə yüksəlib.

Vumart və Güvən reklamı Vumart Güvən