Mahir Emreli yenə azarkeşlərin hücumuna məruz qaldı - VİDEO

 12:32 13.03.2022     512

Ötən gecə futbol üzrə Xorvatiya çempionatının 27-ci turunda Azərbaycan millisinin futbolçusu  Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su paytaxt derbisində "Hayduk"un qonağı olub.

Redaktor.az  xəbər verir ki, Split şəhərindəki derbinin startına bir neçə saat qalmış yerli azarkeşlər qonaq komandanın oyunçularını daşıyan avtobusa daşla hücum çəkiblər.

Eyni hadisə nəqliyyat vasitəsi matçın oynanıldığı "Polyud" stadionuna yaxınlaşdığı vaxt da təkrarlanıb. Avtobusun şüşələri qırılsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bundan başqa, yerli polis oyun vaxtı iğtişaş yaratmağa və ictimai asayişi pozmağa cəhd edən 89 nəfərin saxlanıldığını bildirib. Onlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patronu aşkar edərək götürülüb.

Prinsipial qarşılaşma qolsuz yekunlaşıb. Start heyətində yer alan Emreli 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

Xatırladaq ki, Mahir Emreli Polşa "Legiya"sından məhz azarkeşlərlə insidentə görə ayrılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən