"Qəbələ" - "Zirə" matçında futbolçular arasında gərginlik - VİDEO

 17:43 13.03.2022     705

"Qəbələ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XIX tur matçında insident baş verib.

Redaktor.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Fernan Lopesin qonaqların yarımmüdafiəçisi Ahmed Ayzayaya qarşı kobudluğundan sonra meydanda gərginlik yaşanıb.

Lakin görüşün baş hakimi Əliyar Ağayev dərhal məsələyə müdaxilə edərək davanın qarşısını alıb.

Hazırda Qəbələ şəhər stadionundakı qarşılaşmada məcburi fasilədir. Buna Qəbələyə yağan güclü qar səbəb olub.

Matçın baş hakimi Əliyar Ağayev Qəbələ şəhər stadionunda ot örtüyünün qardan təmizlənməsi üçün oyunu 65-ci dəqiqədə dayandırıb.

Qeyd edək ki, görüşdə hesab açılmayıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən