“Barselona” “Real Madrid”i darmadağın edib çempion oldu

 20:18 13.03.2022     439

“Barselona”nın qadınlardan ibarət komandası “Real Madrid”i 5:0 hesabı ilə darmadağın edib.

Redaktor.az xəbər verir ki, bu nəticədən sonra kataloniyalı xanımlar vaxtından əvvəl La Liqanın qalibi olublar.

“Barselona” turnirdə keçirdiyi 24 oyunun hamısında 136:6 hesabı ilə qalib gəlib. Onun sona 6 tur qalmış 72 xalı var. İkinci yerdə qərarlaşan "Real Sosyedad" isə 50 xal toplayıb.

Qeyd edək ki, “Barsa” ardıcıl üçüncü dəfə çempion olub. Ümumilikdə, komandanın 7 titulu var ki, bu da rekord nəticədir.

Vumart və Güvən reklamı Vumart Güvən