"PSJ" azarkeşləri Messi və Neymarı fitə basdılar
Fransa çempionatının 28-ci turunun ev matçı başlamazdan əvvəl "PSJ" azarkeşləri komandanın futbolçularını fitə basıblar.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Adrian Qrinye “Twitter” səhifəsində məlumat verib.
Hücumçular Lionel Messi və Neymarın daha fəal şəkildə fitə basıldığı bildirilib. Həmin futbolçuların matç zamanı topa hər toxunuşu oxşar reaksiya doğurub.
Paris klubunun azarkeşlərindən alqış alan yeganə futbolçu isə hücumçu Kilian Mbappe olub.
Qeyd edək ki, Messi bu mövsüm "PSJ"nin heyətində 18 liqa oyununda iştirak edib. Onun iki qolu və on məhsuldar ötürməsi var. Neymar 14 görüşdə 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Mbappe isə 25 oyunda 15 qol vurub və komanda yoldaşlarına 15 dəfə assistentlik edib.












