Daha iki güləşçimiz Avropa çempionu oldu

 21:31 13.03.2022     488

Azərbaycanın daha iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki,  əvvəlcə  74 kq çəki dərəcəsində yer alan  güləşçimiz Cəbrayıl Hacıyev Bolqarıstanın rumıniyalı Kristian Biro ilə qarşılaşıb.

Rəqibini 8:1 hesabı ilə məğlub edən Hacıyev qızıl medal qazanıb.

Daha sonra 86 kq çəkidə güləşən pəhləvanımız  Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.

Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da sərbəst güləşçilərimiz 5 çəkidə medal qazanıblar.

Beləki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medala sahib çıxıblar.

Vumart və Güvən reklamı Vumart Güvən