Benzema tarixi nailiyyətə imza atdı

 08:55 15.03.2022     359

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kərim Benzema Fransa futbol tarixinin bombardiri olub.

Redaktor.az xəbər verir ki, Benzema İspaniya çempionatının "Malyorka" ilə oyununda dubl edib. Qarşılaşmada onun komandası 3:0 hesabı ilə qalib gəlib.

"Real Madrid"in hücumçusunun karyerasında 413 qolu var. Bu göstəricidə ikinci yeri 411 qolla artıq karyerasını başa vuran Tyeri Anri tutur.

Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, komandanın heyətində üç dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu, dörd dəfə Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, Benzema 2004-2009-cu illərdə "Lion"da çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən