UEFA-nın Rusiyaya qoyduğu qadağa qüvvədə saxlanıldı - Beynəlxalq Məhkəmənin qərarı

 21:21 15.03.2022     351

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Futbol İttifaqının şikayəti təmin edilməyib.

Rusiya təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən