Messi PSJ karyerası ilə bağlı qərarını AÇIQLADI
Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ klubundakı karyerası ilə bağlı qərar verib.
Redaktor.az xəbər verir ki, 35 yaşlı hücumçu Paris təmsilçisinin rəhbərliyinə növbəti mövsüm komandada qalacağını bildirib.
Qeyd edək ki, Lionel Messi ötən ilin avqustundan İspaniya "Barselona"sından PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır. Forvard cari mövsüm keçirdiyi 17 matçda 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.












