Futbol matçında tribuna çökdü, 200 azarkeş xəsarət aldı - VİDEO

 11:06 21.03.2022     356

Hindistanın Kerala ştatında futbol matçı zamanı quraşdırılmış müvəqqəti tribuna uçub.

Redaktor.az ANI agentliyinə istinadən xəbər verir ki, oyunun start fitindən öncə baş vermiş hadisə nəticəsində azı 200 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Tribu ilə yanaşı, işıqlandırma dirəyi də çöküb. Qarşı tribunalardakı azarkeşlər xəsarət alan insanlar köməyinə qaçıb.

Qeyd edək ki, görüş Punqod şəhərində keçirilməli idi. Kerala ştatında futbol populyar olduğundan, xeyli sayda fanat matçı izləmək istəyib.

Vumart və Güvən reklamı Vumart Güvən